Fevralın 21-də axşam saatlarında Beyləqanda yaşayış evi yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, rayon mərkəzində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.