Vətəndaş bel kəmərinin başlığına bərkidilmiş beşbarmağı gizlincə gömrükdən keçirməyə cəhd edib.
Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstan istiqamətindən postun piyada xəttinə daxil olan Azərbaycan Respublikasının vətəndaşının üzərində aparılan yoxlama zamanı ona məxsus bel kəmərinin başlığına bərkidilmiş beşbarmaq aşkar olunaraq protokol əsasında götürülüb.
Faktla bağlı araşdırma aparılır.