Beş otaqlı ev və traktor yandı
31 may 2017 00:53 (UTC +04:00)

Beş otaqlı ev və traktor yandı

0

Axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Yalavac kəndində vətəndaşa məxsus ümumi sahəsi 142 m2  olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 75 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Samux rayonunda vətəndaşa məxsus “MTZ” markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanıb. İkinci qoşqu və qoşquya yığılmış 3 ton ot bağlaması yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar