Bərdə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 21-də saat 20 radələrində Bərdə şəhərində rayon sakini Fəqan Nəcəfov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Asif Hüseynovu vurub. A.Hüseynov xəstəxanaya yerləşdirilib və fevralın 22-də orada ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.