Beyləqan rayonunda bədbəxt hadisə baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Beyləqan şəhərində mənzildə azyaşlı uşağın əli ətçəkəndə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər ətçəkənin detallarını kəsib və uşağın əlinin çıxarılmasına nail olunub. Uşaq xilasedicilər tərəfindən Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.