Bayram Kürdəxanlının işi məhkəməyə göndərilir
09 oktyabr 2014 14:24 (UTC +04:00)

Bayram Kürdəxanlının işi məhkəməyə göndərilir

“İş artıq yekunlaşıb. Yəqin ki, bu yaxınlarda məhkəməyə veriləcək. Amma Bayram ona qarşı sürülən ittihamla razılaşmır”. Bu sözləri Lent.az-a açıqlamasında meyxanaçı Bayram Kürdəxanlının anası Səkinə Quliyeva deyib.

 

S.Quliyeva sentyabrın 11-də Bayram Kürdəxanlı haqda seçilmiş həbs qəti-imkan tədbirinin 1 ay müddətinə uzadıldığını da əlavə edib: “Bayramı iyulun 12-də toy adı ilə “Nilufər” şadlıq sarayının qarşısına çağırıblar. Orda da polislər qəfildən qollarını burub idarəyə aparıb. Yenə deyirəm, Bayram ona qarşı irəli sürülən ittihamı qəbul etmir. Sentyabrın 11-də keçirilmiş məhkəmədə də günahsız olduğunu dedi”.

 

Qeyd edək ki, iyulun 12-də Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış Bayram Kürdəxanlı barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Tanınmış meyxanaçı ilkin ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, lakin onun alqı-satqısı ilə məşğul olmadığını deyib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3152
avatar

Oxşar yazılar