Novruz bayramı günlərində (martın 20-21-22-də) Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, əgər adi günlərdə təcili yardıma 1800-1900 müraciət daxil olurdusa, bayram günlərində müraciətlərin sayı 2200-dən çox olub.
Bayram günlərində poliklinikalar işləmədiyi üçün əsas yük təcili yardımın üzərinə düşür. Nəticədə bu günlərdə təcili yardıma daha çox müraciət daxil olur. Təcili yardıma müraciət edənlərin 9-10%-i xəstəxanalara yerləşdirilib.
Bayram günlərdə çağırışlar əsasən ürək, qan-damar sistemi, qan təzyiqinin artması, mədə-bağırsaq pozğunluğu və s. ilə əlaqədar olub.