Başqasının əvəzinə imtahana girmək istədi...
03 may 2019 18:12 (UTC +04:00)

Başqasının əvəzinə imtahana girmək istədi...

Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb. Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilir.
 
Aparılmış araşdırmalarla müəyyən edilib ki, ayrı-ayrı hallar üzrə Alışanlı Təbib Natiq oğlunun Quliyev Hidayət Zahid oğlunun əvəzinə, Rzazadə Ramazan Tofiq oğlunun iki halda Zeynalov Orxan Əfqan oğlu və Əliyev Salman Etimad oğlunun əvəzinə, Nəsibov Müzadil Qərib oğlunun iki halda Seyidov Baba Ehtiram oğlunun və Quliyev Ayaz Vüqar oğlunun əvəzinə Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif vaxtlarda Gəncə və Mingəçevir şəhərlərində təşkil olunmuş qəbul imtahanlarına saxta buraxılış sənədləri ilə keçmək istəyərkən onların həmin şəxslər olmadığı müəyyən olunaraq qanunsuz hərəkətlərinin qarşısı alınıb.
 
Habelə müəyyən olunub ki, həmin şəxslər ayrı-ayrı vaxtlarda Novruzov İbadət Məhərrəm oğlu, Hüseynov Rasim Köçəri oğlu, Məmmədova Yeganə Rza qızı, Mehdiyev Sərxan Nizami oğlu və Səfərov Alov Əli oğlunun vasitəsi ilə imtahanlarda digərinin əvəzinə iştirak etməyə dair razılığa gəliblər. 
 
Sadalanan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
 
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət edərək, ali təhsil müəssisələrinə tələbə qəbulu sahəsində qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı hər iki qurum tərəfindən ən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1417

Oxşar yazılar

Şantaja görə həbs edilən  sayt rəhbərlərinin   məhkəməsi başladı

Şantaja görə həbs edilən sayt rəhbərlərinin məhkəməsi başladı

6 fevral 2025 , 18:27
Məhkəməyə verilən  saytla bağlı   QƏRAR

Məhkəməyə verilən saytla bağlı QƏRAR

6 fevral 2025 , 18:17
Milli Qvardiyanın  əsgəri məzuniyyətdə 3 hərbi maşını yandırdı

Milli Qvardiyanın əsgəri məzuniyyətdə 3 hərbi maşını yandırdı

6 fevral 2025 , 17:29
Famil Xəlilova hökm oxundu

Famil Xəlilova hökm oxundu

6 fevral 2025 , 17:04
Jurnalist Şəmşad Ağa həbs olundu

Jurnalist Şəmşad Ağa həbs olundu

6 fevral 2025 , 16:51
Jurnalist Şahnaz Bəylərqızı həbs olundu

Jurnalist Şahnaz Bəylərqızı həbs olundu

6 fevral 2025 , 15:00
Məhkəmədən Əli Kərimli ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Əli Kərimli ilə bağlı YENİ QƏRAR

6 fevral 2025 , 14:41
Qadın Dubay şokoladına  görə cərimələndi

Qadın Dubay şokoladına görə cərimələndi

6 fevral 2025 , 14:30