Nabrandakı istirahət mərkəzinin direktoru həbs edilib
29 iyul 2013 10:37 (UTC +04:00)

Nabrandakı istirahət mərkəzinin direktoru həbs edilib

 

Baş Prokurorluq Xaçmaz rayonunun Nabran qəsəbəsində baş vermiş dəhşətli hadisə ilə bağlı əlavə məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda qeyd edilir: Xəbər verildiyi kimi iyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində ağır bədən xəsarətləri almış İmran Cəfərzadənin müayinə və müalicəsinin, eyni zamanda baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaqının Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzarətə götürülmüş həmin iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə zəruri ekspertizalar, o cümlədən, məhkəmə-texniki, məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib.

 

Ədliyyə Nazirliyinin Məhkəmə-ekspertiza mərkəzinin 25 iyul 2013-cü il tarixli ilkin rəyi ilə müəyyən edilmişdir ki, istirahət mərkəzinin vəzifəli və digər şəxslərinin xidməti vəzifələrinə laqeyd münasibətləri nəticəsində “Su attraksionları. Konstruksiyalarının təhlükəsizliyi” standartının 6.4-cü bəndinin tələbləri kobud şəkildə pozulmuş və nəticədə azyaşlı İ.Cəfərzadə ağır bədən xəsarətləri alıb. Cinayəti törətməkdə şübhəli bilinən “CTF” firmasının və “Nabran Holiday Village” istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, istirahət mərkəzinin icarəçisi Firdovsi İsmayılov və istirahət mərkəzində hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Xaçmaz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir. İş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla “CTF” firması və “Nabran Holiday Village” istirahət mərkəzinin fəaliyyətindəki qanun pozuntularının və həmin qanun pozuntularına yol vermiş digər təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1981
avatar

Nizam Rza

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21