Küllü miqdarda korrupsiya faktı ilə bağlı – <span style="color:red;">RƏSMİ MƏLUMAT
18 fevral 2016 16:20 (UTC +04:00)

Küllü miqdarda korrupsiya faktı ilə bağlı – RƏSMİ MƏLUMAT

0

Baş Prokurorluq “Bakı Şərab-1” ASC-nin müraciəti əsasında cinayət işinin başlanması ilə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, “Bakı Şərab-1” Açıq Səhmdar Cəmiyyətinin Göyçay şəhərində yerləşən 4 saylı firma mağazasının müdirinin qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

Araşdırma zamanı qeyd edilən mağazanın müdiri Məhəmmədəli Qədirov tərəfindən şirkətin anbarından satış üçün verilmiş spirtli içkilərin dəyərinin kassaya mədaxil edilməməsi nəticəsində cəmiyyətə məxsus 86 min  manat məbləğində pul vəsaitini mənimsəməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar