<span style="color:red;">Baş Prokurorluq:  “Müsəlman Birliyi” təşkilatının ümumilikdə 68 üzvü tutulub
05 fevral 2016 18:34 (UTC +04:00)

Baş Prokurorluq: “Müsəlman Birliyi” təşkilatının ümumilikdə 68 üzvü tutulub

0

"“Hüquqi qeydiyyatı olmayan “Müsəlman Birliyi” adlı qurumun üzvləri Taleh Bağırov və qeyrilərinin barəsində Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işi üzrə araşdırmalarla müəyyən edilib ki, T.Bağırov və onun mütəşəkkil cinayətkar dəstə halında rəhbərlik etdiyi qanunsuz qurumun paytaxtla yanaşı, bölgələrdə də təşkilatlanıb və silahlanaraq cinayətkar fəaliyyətlə məşğul olublar".

 

Lent.az-ın məlumatına görə, bu sözlər bu gün Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında səsləndirilib. İclsa bildirilib ki, "mütəşəkkil dəstənin Bakı şəhəri və ətraf kəndlərdə 57 nəfər, Gəncə şəhəri və digər rayonlarda 11 nəfər fəal silahlı üzvü aşkar olunub və onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib".

 

Keçirilmiş genişmiqyaslı xüsusi istintaq-əməliyyat tədbirləri nəticəsində həmin mütəşəkkil dəstənin üzvlərindən çoxlu sayda odlu silah, döyüş sursatı, radikal məzmunlu dini ədəbiyyat və sair əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar