Azərbaycanın baş prokuroru Zakir Qaralov qısamüddətli məzuniyyətə çıxıb.
APA-nın məlumatına görə, hazırda baş prokuror vəzifəsinin icrasını müvəqqəti olaraq baş prokurorun birinci müavini Rüstəm Usubov həyata keçirir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyərək Baş prokuror Zakir Qaralovun yaxın günlərdə xidməti vəzifəsinin icrasına başlayacağını deyib.