Baş prokuror: “Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar uydurmadır”
01 oktyabr 2014 11:27 (UTC +04:00)

Baş prokuror: “Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar uydurmadır”

0
“İstintaqın ilk günündən Leyla Yunusun öz istədiyi vəkil təyin olunub və həmin vəkil istədiyi vaxt onunla görüşür. Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq onların hüquq və azadlıqları təmin edilir”.

 

APA-nın məlumatına görə, bu sözləri baş prokuror Zakir Qaralov bəzi beynəlxalq təşkilatların etirazlarına münasibət bildirərkən deyib. O, L. Yunusun cinayət işi ilə bağlı mətbuata vaxtaşırı məlumatlar verildiyini söyləyib: “Bu günlərdə mətbuatda Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar yayılıb. Bu, uydurmadır. Dərhal ekspertiza keçirilib və həmin məlumat öz təsdiqini tapmayıb. Onun cinayət işi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək” .  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 610

Oxşar yazılar