Barak Obama Ağ evdə basketbolçularla bir arada
13 yanvar 2015 15:41 (UTC +04:00)

Barak Obama Ağ evdə basketbolçularla bir arada

ABŞ prezidenti Barak Obama NBA-nın son qalibi olan “San Antonio Spurs” klubunu Ağ Sarayda qonaq edib. Lent.az-ın məlumatına görə, prezident “San Antonio Spurs”u nümayiş etdirdiyi oyun münasibəti ilə təbrik edərək klubda olan idman etikasını yüksək qiymətləndirib.

Komandanın fərqli millətlərdən olan oyunçularla toplandığını deyən prezident, bu oyunun əslində beynəlxalq bir idman növü olduğunun deyib.

Qeyd edək ki, “San Antonio Spurs” klubu keçən il final mərhələsində “Miami Heat”i məğlub edərək 5-ci dəfə NBA çempionluğunu qazanıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211

Oxşar yazılar