Bankdan oğurluq edən şəxs saxlanılıb.
Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon 13-cü Polis Bölməsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də “Expressbank”a məxsus ödəmə terminalından 12801 manat oğurlamış Gəncə şəhər sakini Mobil Ağayev tutulub.
Faktla bağlı araşdırma aparılır.