24 yaşlı Balakən rayon sakini intihara cəhd edib. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Talalar kənd sakini 1990-cı il təvəllüdlü Təranə Yaqub qızı Şabanova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 24 yaşlı Təranə Şabanova intihar etmək məqsədi ilə gəmiricilərə məhv etmək üçün istifadə edilən zəhərli dərman içib.
Təranə Şabanovaya lazımi ilkin tibbi yardım edildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil hesab olunur. Məlumatda bildirilir ki, Təranə Şabanova 8 aya yaxın evli olub, sonra ərindən ayrılıb.
Fakla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.