Balakəndə findıq daşıyan "QAZEL" yandı
04 sentyabr 2017 22:21 (UTC +04:00)

Balakəndə findıq daşıyan "QAZEL" yandı

0

Balakəndə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Balakən rayonu, Katex kəndində "QAZEL" markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb.

 

Avtomobilin qalan hissəsi və banına yığılmış 3 ton findıq yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar