Balakəndə “Hyundai” at arabasını vurdu: 2 yaralı
17 dekabr 2014 01:51 (UTC +04:00)

Balakəndə “Hyundai” at arabasını vurdu: 2 yaralı

Balakəndə maşının at arabasını vurması nəticəsində iki nəfər xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə  dekabrın 16-sı axşam saatlarında  Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. 1964-cü il təvəllüdlü, Oğuz rayon sakini Əfqan Məcid oğlu Səfərov idarə etdiyi “Hyundai” markalı, 90 GT 825 dövlət nömrə nişanlı avtomobillə Balakəndən Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan at arabasını vurub.

 

Qəza nəticəsində avtomobilin sürücüsü xəsarət almasa da, at arabasında olan iki nəfər Balakən rayonu Katex kənd sakinləri 1975-ci il təvəllüdlü, Qabil Sabir oğlu Mikanayev və 1968-ci il təvəllüdlü Sərvan Cumaəli oğlu Əbəçiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

 

Balakən RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılardan Qabil Mikanayevin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Sərvan Əbəçiyevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178

Oxşar yazılar

Sumqayıtda ər arvadını  boğub öldürdü

Sumqayıtda ər arvadını boğub öldürdü

13 fevral 2025 , 02:24
Uşağı öldürüb cinayəti azərbaycanlı qohumların  üstünə atdılar -VİDEO

Uşağı öldürüb cinayəti azərbaycanlı qohumların üstünə atdılar -VİDEO

13 fevral 2025 , 01:32
Bakıda yük maşını  ağaca çırpıldı

Bakıda yük maşını ağaca çırpıldı

13 fevral 2025 , 00:11
Bakıda məktəbli  vəfat etdi

Bakıda məktəbli vəfat etdi

12 fevral 2025 , 21:41
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

12 fevral 2025 , 19:33
Həkim səhvinə görə kişinin  qolları və ayaqları   kəsildi

Həkim səhvinə görə kişinin qolları və ayaqları kəsildi

12 fevral 2025 , 19:21
Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

12 fevral 2025 , 18:21
Yasamalda XÜSUSİ ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO

Yasamalda XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

12 fevral 2025 , 17:33