Balakəndə 4 otaqlı ev yandı
06 oktyabr 2014 22:53 (UTC +04:00)

Balakəndə 4 otaqlı ev yandı

0

Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın bu gün axşam saatlarında rayonun  Poçtbinə kəndində, 64 yaşlı Zivər Məmmədova məxsus,  ümumi sahəsi 100 kv/m olan  birmərtəbəli 4 otaqlı fərdi yaşayış evində baş verib.

 

Hadisə yerinə FHN-nin  Balakən rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində evin  yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  Yanğın zamanı ev sahiblərindən və yanğınsöndürənlərdən xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Balakən rayon DYMH-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar