Balakən rayonunda qətl hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 3-də rayon ərazisində Qullar kənd sakini Vaqif Omarovun ov tüfəngindən açılmış atəşlə qətə yetirilmiş meyiti tapılıb. Hadisə yerində “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.