Baklda evdə partlayış: yaralı var
09 aprel 2015 21:55 (UTC +04:00)

Baklda evdə partlayış: yaralı var

Abşeron rayonu Masazır qəsəbəsində partlayış baş verib.  APA-nın məlumatına görə, Elxan Aslanova məxsus  fərdi yaşayış evində qaz sızması nəticəsində baş verən partlayış Sarı Aşıq  küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Partlayış nəticəsində otağın tavanı və divarlarında çatlar əmələ gəlib. Partlayışdan sonra yanğın qeydə alınmayıb.

 

Məlumata görə, partlayış nəticəsində Elxan Aslanovun yoldaşı 1987-ci il təvəllüdlü Leyla Abış qızı Aslanova xəsarət alıb. O təcili tibbi yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan Leyla Aslanovanın vəziyyətinin orta stabil olduğu bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 135
avatar

Oxşar yazılar