
Bakıya satmaq üçün narkotik gətirdi
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Astara rayon sakini Qorxmaz Şahbazovu paytaxt ərazisində saxlayıb.
Daxili İşlər Nazilriyindən Lent.az-a daxil olan məlumata görə, axtarış zamanı onun üzərindən 72,6 qram yüksək təsirediciyə xassəyə malik narkotik vasitə olan heroin və 8,1 qram metamfetamin aşkar olunaraq götürülüb.
Q.Şahbazov ifadəsində narkotik vasitələri Astara rayonunda adı istintaqa məlum olmayan şəxsdən əldə etdiyini və satış məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.
Mehman Nəbiyev
Oxşar yazılar

Bakı aeroportunda ÖLÜM
8 iyul 2025 , 13:39
DTX-dan ƏMƏLİYYAT: müşahidə kameralarına kiberhücumlar olub
8 iyul 2025 , 12:41
Beyləqanda şadlıq sarayında ustalar yıxıldı, ölən var
8 iyul 2025 , 12:40Bakıda qadın saxlanıldı, evindən görün nələr tapıldı? - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
8 iyul 2025 , 12:25Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO
8 iyul 2025 , 11:57
Ağstafada gənc qadın pəncərədən yıxılıb öldü
8 iyul 2025 , 11:25
"Beş Barmaq"da FACİƏ: Paraşütlə atılan qız qayaya çırpılıb ÖLDÜ - YENİLƏNİB
8 iyul 2025 , 11:08