Bakının şimal girişindəki yol genişləndirilir
01 mart 2016 14:59 (UTC +04:00)

Bakının şimal girişindəki yol genişləndirilir

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədi ilə “Azəryolservis” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir.

 

“Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, kompleks tədbirlər çərçivəsində yolun “Xırdalan dairəsi” istiqamətinə doğru olan hissəsinin 9-cu kilometrliyində yerləşən yerüstü piyada keçidinin dayaqlarının sökülməsi planlaşdırılır. Artıq bu istiqamətdə işlərə start verilib və yeni dayaqların tikintisi aparılır. Yeni dayaqların tikintisi başa çatdıqdan sonra mövcud keçidin yeni dayaqlara doğru tikilərək uzadılması, yeni giriş hissənin tikintisi planlaşdırılır. İşlər tam başa çatdıqdan sonra piyada keçidinin köhnə giriş hissəsi və dayaqları söküləcək. Bununla da həmin hissədə yol 5-6 metr genişlənəcək, yolun hərəkət hissəsi isə əlavə 1 hərəkət zolağı enində genişləndirilərək 4 hərəkət zolağına çatdırılacaq.

 

Bundan sonra, yolun “Xırdalan dairəsi”nə doğru olan hissəsinin də 1 hərəkət zolağı enində genişləndirilməsi işləri aparılacaq. Sözügedən işlər 1 200 metrlik ərazini əhatə edəcək. Aparılacaq təmir-tikinti işləri çərçivəsində yol kənarlarında səth sularının normal kənarlaşdırılması üçün suötürücü küvetlər də tikiləcək.

 

Yerüstü piyada keçidinə çatmamış yolun kənarında təqribən 150 metr uzunluğunda, 10-15 metr enində olan süni təpəciyin sökülməsi işləri də tam olaraq yekunlaşdırılıb. Hazırda sökülən süni təpəciyin yerində yeni yol əsası tikilir. İşlər başa çatdıqdan sonra bu hissədə yolun daha 2 hərəkət zolağı enində genişləndirilməsi planlaşdırılır.

 

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 9-11-ci kilometrlik hissəsində aparılan işlər yekunlaşdıqdan sonra anoloji işlərin əks istiqamətdə, yəni “Xırdalan dairəsi”ndən Bakı şəhərinə doğru zəruri olan hissələrində də aparılması nəzərdə tutulub.

 

Vətəndaşların təhlükəsizliyi nəzərə alınaraq “Azəryolservis” ASC tərəfindən yolun 6-11-ci kilometrlik hissəsində yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlərin sökülərək, beton arakəsmələrlə əvəzlənməsi işləri də davam etdirilir. Artıq yolun 3 kilometrlik hissəsində bu işlər icra olunub. Sözügedən işlər zamanı da yolun hərəkət hissəsi 3 metrə qədər genişlənir.

 

Qeyd edək ki, beton arakəsmələr dəmir tirlərdən daha təhlükəsizdir. Çünki betonun aşağısında xüsusi təkərqaytaran hissə-deflektor mövcuddur. Yol qəzaları zamanı nəqliyyat vasitələrinin beton maneə ilə toqquşması əksər vaxtlarda 12 dərəcə bucaq altında  baş verir. Nəticədə nəqliyyat vasitəsi təkərqaytarana dəyərək geriyə, yolun hərəkət hissəsinə qayıdır və bir-çox hallarda beton maneə ilə birbaşa toqquşma qeydə alınmır.

 

Xatırladaq ki, bundan öncə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsində “Azəryolservis” ASC tərəfindən aparılmış yenidənqurma işləri çərçivəsində yol 2-4 hərəkət zolağı enində genişləndirilib. Bu isə həmin ərazidə yaranan “tıxac”ın xeyli azalmasına gətirib çıxarıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46