Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası hadisə yerinə saat 17:12-də çatıblar.
Yanğın zamanı üçmərtəbəli yaşayış binasının damında tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan dəhlizin, mətbəxin və sanitar otağının yanar konstruksiyaları 42 kv.m sahədə yanıb. Yüksək temperaturdan tavan 35 kv.m sahədə qarsalanıb. İki otaq yanğından mühafizə olunub.