Bakının mərkəzində qəza törədən qadın qaçdı
16 may 2016 16:47 (UTC +04:00)

Bakının mərkəzində qəza törədən qadın qaçdı

0

Bakıda piyadanı vuran qadın hadisə yerindən qaçıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 15-də saat 15 radələrində Nərimanov rayonunun F.X.Xoyski küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Lətafət İbrahimova vurulub. L.İbrahimovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Nərimanov RPİ 16-cı PB əməkdaşları tərəfindən hadisənin “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Rəna Osmanova tərəfindən törədilməsi müəyyən edilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar