Bakıda yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzildə kondisioner, qapının üzlüyü, pərdə və divar kağızı 1 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.