"KİA" markalı avtomobilin sürücüsü Mehman Zeynalov maşını Fuad Mürvətovun idarə etdiyi "Nisaan"a çırparaq aşırıb. Hadisə yerinə Dövlət Yol Polisinin Səbil Rayon Şöbəsinin əməkdaşları gəliblər.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya bir başqa maşının "KİA"nın yolun çıxması səbəb olub. Qəza zamanı sürücü Mehman Zeynalov yüngül xəsarət alıb. Avtomobili isə yararsız vəziyyətə düşüb.
Yol polisindən APA-ya verilən məlumata görə, artıq onlar ərazidə olan təhlükəsiz şəhər kameralarına baxış keçirərək qəzanın səbəbkarını axtarışlarına başlayıblar. Faktla bağlı araşdırma aparılır.