Bakının mərkəzində güclü yanğın
18 mart 2013 16:23 (UTC +04:00)

Bakının mərkəzində güclü yanğın

Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində yanğın hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Dinyuşkin küçəsi 42 ünvanında yerləşən mebel sexində güclü yanğın başlayıb. Əraziyə xeyli yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib.

 

Xətai rayon Dövlət Yanğından Mühafizə Hissəsindən Lent.az-a bildirilib ki, 2-ci dərəcəli çağırışla əraziyə yanğınsöndürmə briqadaları göndərilib. Yanğın saat 16 radələrində söndürülüb.

 

Ölən və ya xəsarət alan olmayıb.

# 3041
avatar

Nizam Rza

Oxşar yazılar