Bu gün Bakıda qətl hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu Ağa Nemətulla küçəsi 23 saylı binanın qarşısında daimi yaşayış yeri olmayan və küçələrdə tüfeyli həyat tərzi keçirən Vadim Naumov digər "bomj"u boğaraq öldürüb. Şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlı həmin "bomj"un üzərindən hər hansı sənəd tapılmayıb.
Hazırda ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılırr.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.