Bu gecə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində, paytaxtın ən böyük prospekti olan Heydər Əliyev prospektində iki avtomobil toqquşub. Gecə saatlarında sürətlə hərəkət edən "Opel" markalı avtomobil yol kənarında dayanmış "Kia"ya çırpılıb. Zərbənin gücündən "Opel"in 28 yaşlı sürücüsü hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.