Bakıda silahlı insident: 1 nəfər güllələnib - <span style="color:red;">YENİLƏNİB
15 dekabr 2014 10:56 (UTC +04:00)

Bakıda silahlı insident: 1 nəfər güllələnib - YENİLƏNİB

0
Bakıda bu gün səhər baş verən güllələnmə hadisəsinin təfərrüatları məlum olub.

Suraxanı Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində yerləşən mağazalardan birində baş verib. Belə ki, mağazaya oğurluğa girən naməlum şəxs oranın sahibi, 1977-ci il təvəllüdlü Ramil Rüstəmova pnevmatik tapançadan atəş açaraq hadisə yerindən qaçıb.


Faktla bağlı araşdırma aparılır.

 
 
 
*****
 
 
10:27
 
 
 
Bakıda silahlı insident olub.

 

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Hövsan qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 37 yaşlı Ramil (soyadı məlum deyil) güllə yarası ilə xəstəxanaya müraciət edib. Hadisə ilə bağlı polis məlumatlandırılıb.

 

Suraxanı Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, daxil olan məlumat əsasında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar