Daxili İşlər Nazirliyi dünən bir azyaşlının ölməsi, digərinin isə yaralanması ilə nəticələnən yanğın hadisəsi ilə əlaqədar rəsmi məlumat yayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 11-də saat 13.00 radələrində Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan Pərviz Baxşəliyevə məxsus mənzildə yanğın baş verib.
Nəticədə bütövlükdə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Tüstüdən zəhərlənmiş azyaşlı uşaqları Nərgiz və Murad Baxşəliyevalar xəstəxanaya yerləşdiriliblər. Nərgiz Baxşəliyeva orada ölüb.