Fevralın 22-də saat 12.50 radələrində Bakı şəhərinin Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Beyləqan rayon sakini Cəfər Qənbərov "MAN" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Gülənbər Dostəliyevanı vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla əlaqədar araşdırma aparılır.