Bakıda yük maşını nazirliyə 4 min ziyan vurdu
25 dekabr 2014 15:54 (UTC +04:00)

Bakıda yük maşını nazirliyə 4 min ziyan vurdu

0

Bakı Dairəvi avtomobil yolunun Biləcəri enişinə düşən hissəsində qum daşıyan “Shacman” nəqliyyat vasitəsinin qəza törətməsi yol təsərrüfatına ciddi ziyan vurub. Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

Onun sözlərinə görə, ağır tonnajlı yük maşınının əyrixətli tirə (təhlükəsizlik səddi) çırpılması nəticəsində 96 paqon/metr 3 yol nişanı, “T” tipli yol göstəricisi dirəyi, onun üzərində olan uzunluğu 6 metr, eni isə 3 metr olan 2 ədəd lövhə sıradan çıxıb.

 

“Nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə tökülən qum yol istismar idarəsinin texnikası ilə təmizlənib. Yolda nəqliyyatın hərəkəti bərpa olunub”, - deyə P. Mürsəliyev bildirib.

 

O, əlavə edib ki, yol təsərrüfatına təxminən 4 min manata yaxın ziyan dəyib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar