Bakıda yük avtomobili yandı: 1 yaralı
09 yanvar 2016 02:24 (UTC +04:00)

Bakıda yük avtomobili yandı: 1 yaralı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Nəsimi rayonunda vətəndaşa məxsus “Ford” markalı yük avtomobilinin kabina hissəsi  və mühərriki yanıb.

 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar