Daxili İşlər Nazirliyi bu gün saat 03.30 radələrində Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nərimanov rayonu Azadlıq prospektində Bakı şəhər sakini Fuad Mehdiyev idarə etdiyi “VAZ-21144” markalı avtomaşını yolun kənarındakı ağaca vurub. Nəticədə F.Mehdiyevin sərnişinlərindən 20-25 yaşlı kişi hadisə yerində ölüb, özü və digər sərnişini, 20-25 yaşlı kişi isə xəstəxanaya yerləşdirilib. Həmin şəxs xəstəxanada ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
*****
11:20
Sentyabrın 25-nə keçən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı ikiyə çatıb. Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, Azadlıq prospektində “VAZ” markalı avtomobilin ağaca çırpılması nəticəsində ağır yaralanan və xəstəxanaya gətirilən şəxslərdən biri tibbi müdaxiləyə baxmayaraq keçinib. Digər yaralı isə renimasiyadadır.
Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yeirndəcə keçinib.
İlkin ehtimala görə hadisə yüksək süərt nəticəsində baş verib.
Ölən vəı yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
*****
05:31
Bakının Nəsimi rayonu ərazisində, Azadlıq prospektində ağır yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, prospektdə hərəkət edən "VAZ 2109" markalı "10 GK 028" dövlət nömrə nişanlı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomaşını idarə edən sürücü hadisə yerində ölüb. Avtomaşında olan iki sərnişin isə ağır yaralanıb. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıblar. Ölən sürücü deformasiyaya uğrayan maşında sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar. Meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nəsimi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, ölən və yaralananalrın kimliyini hələlik müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.