Bakıda yol polisi ilə qadının avtomobili toqquşub
06 aprel 2015 15:54 (UTC +04:00)

Bakıda yol polisi ilə qadının avtomobili toqquşub

Səbail rayonunda yol polisinin idarə etdiyi avtomobil qəza törədib. Lent.az-ın məlumatına görə, Şeyx Şamil küçəsi 17 ünvanının qarşısında Bakı şəhər Baş Polis İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Əlizadə Məmmədəli Böyükağa oğlunun idarə etdiyi “BMW” ilə 1981-ci il təvəllüdlü Baxşəliyeva Lalə İlham qızının sürdüyü “Toyota Prado” toqquşub. Nəticədə xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

 

İlkin araşdırmalar nəticəsində qəzaya ərazidəki avtomobillərin dayanma-durma qaydalarına düzgün əməl etməməsinin səbəb olduğu məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 117

Oxşar yazılar