Yanvarın 10-na keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Binəqədi-Biləcəri yolunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin alay yol-xidmət inspektoru, 1984-cü il təvəllüdlü Əmirov İlqar Oruc oğlu 2 nəfəri vurub. Məlumata görə, yol polis inspektoru idarə etdiyi “Mercedes” markalı, 10 DU 818 nömrə nişanlı avtomobillə 1957-ci il təvəllüdlü Qasımov Rüfət İman oğlunu və 1987-ci il təvəllüdlü Osmanov Şahin Əlyar oğlunu vurub. R.Qasımov hadisə yerindəcə keçinib. Ş.Osmanov isə ağır vəziyyətdə Travmatologiya İnstitutuna yerləşdirilib. Yaralının vəziyyəti kritikdir.
Qeyd edək ki, qəzada yaralanan Ş.Osmanov N saylı hərbi hissənin giziridir.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.