Daxili İşlər Nazirliyi Bakıda ölümlə nəticələnən yanğın hadisələri ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 16-da saat 19 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan Rahab Əhmədova məxsus evdə yanğın baş verib. Nəticədə 5 kvm. sahədə evin yanar konstruksiyaları yanıb və yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib R.Əhmədov martın 17-də orada ölüb.
Bundan başqa martın 16-da saat 19 radələrində Yasamal rayonunda da dəhşətli yanğın olub. Rayon ərazisində yaşayan Balağa Quliyevə məxsus evdə yanğın baş verib və nəticədə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin arvadı Səriyyə Quliyevanın yanmış meyiti tapılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.