Bakıda və Şəmkirdə 4 otaqlı ev yanıb
.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Binəqədi rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 70 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar qismən yanıb. Bitişik evlər yanğından mühafizə olunub.
Şəmkirin Yuxarı Seyfəlli kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 2 otağının lambirdən ibarət tavanı 45 m2 sahədə, digər otağın tavanı 6 m2 sahədə yanıb. 1 ədəd yataq dəsti qismən qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.