Bakıda və Masallıda ev yandı
18 fevral 2016 07:42 (UTC +04:00)

Bakıda və Masallıda ev yandı

0

Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Masallı rayonunun Şıxlar kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar