Bakıda və Astarada yaşayış evi yandı
03 aprel 2019 19:03 (UTC +04:00)

Bakıda və Astarada yaşayış evi yandı

0
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
 
Lent.az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
 
Astara rayonunun Kolatan kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 746

Oxşar yazılar