Bakıda uşaq poliklinikasında yanğın olub
30 aprel 2014 09:59 (UTC +04:00)

Bakıda uşaq poliklinikasında yanğın olub

Bu gün Bakıda yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda Səhiyyə Nazirliyinə məxsus Uşaq poliklinikasının ümumi sahəsi 30 kv.m olan məişət avadanlıqları saxlanılan anbarının dam örtüyü 10 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi və ona bitişik laboratoriya yanğından mühafizə olunub.

 

Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743
avatar

Oxşar yazılar