Bakının Nəsimi rayonu ərazisində Türkiyə vətəndaşının meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Türkiyə vətəndaşı, 1964-cü il təvəllüdlü Yucel Yunus Emre oğlunun meyiti 4-cü mikrorayon, Ə.İskəndərov küçəsi ev 7, mənzil 11-də aşkarlanıb.
Y.Yucelin elə həmin ünvanda yaşayırmış və onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.