Bakıda toyda qanlı dava: 3 nəfər bıçaqlanıb
30 oktyabr 2013 10:53 (UTC +04:00)

Bakıda toyda qanlı dava: 3 nəfər bıçaqlanıb

Bakı şəhər Baş Polis İdarəsi Sabunçu rayonunda keçirilən toy mərasimində baş vermiş qanlı hadisə ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, oktyabrın 29-da Mehmandarov küçəsində Bakı şəhər sakinləri - Xaləddin Əhədov, Eldar Məmmədov və Fərid Cərullayev bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Taleh Tağıyev tutulub.

 

Qeyd edək ki, hadisə Bakıxanov qəsəbəsindəki “Firuzə” şadlıq sarayının həyətində baş verib. Qafqazinfo-nun məlumatına görə, hadisəyə səbəb toy sahibinin Xaləddin adlı qonşusunun maşını doğru yerdə saxlamaması olub. Sürücünün maşını digər avtomobillərin hərəkətinə mane olan istiqamətdə saxlaması qarşıdan gələn avtomobilin sahibinin qəzəbinə səbəb olub. Bu zaman sürücü ilə toy sahibinin qonşusu Xaləddin arasında dava düşüb. Qəzəblənən sürücü Xaləddinə 5 bıçaq zərbəsi endirib. Hadisəni aydınlaşdırmağa gələn toy sahibinin qohumu Eldar Məmmədov da ürəyindən bıçaqlanıb, lakin bıçaq dərinə getmədiyi üçün vəziyyəti yaxşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1784
avatar

Oxşar yazılar