Bakıda tələbə qız faciəvi şəkildə öldü
30 dekabr 2012 12:05 (UTC +04:00)

Bakıda tələbə qız faciəvi şəkildə öldü

Dekabrın 29-dan 30-na keçən gecə Bakıda daha bir dəm qazından boğulma hadisəsi qeydə alınıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a bildirilib ki, Ələt qəsəbə sakini, 1992-ci il təvəllüdlü Ağakişiyeva Ülviyyə Ramazan qızı yaşadığı mənzildə dəm qazından boğulub. 20 yaşlı qızın meyiti ekspertizaya göndərilib.

 

Məlumata görə, dəm qazından boğulan qız Azərbaycan Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub. Faktla əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923

Oxşar yazılar