Bakıda tanınmış alimi aldadıb 120 min manatını aldılar
12 may 2016 10:36 (UTC +04:00)

Bakıda tanınmış alimi aldadıb 120 min manatını aldılar

0

Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib.

 

Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, mayın 10-da rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Şikayət ərizəsinə görə, Suliddin və Hakim adlı şəxslər A. Təhməzovun etibarından sui-istifadə edərək onu aldadıb 120 min manat pulunu alıblar.

 

Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

 

Qeyd edək ki, pulu mənimsənildiyi bildirilən A. Təhməzov Azərbaycanın tanınmış riyaziyyatçı alimidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar