Bakıda sürücülərin mübahisəsi bıçaqlanma ilə bitdi
Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında qeydə alınıb.
APA xəbər verir ki, Bayramov Tural Fərhad oğlu idarə etdiyi "BMW X5" markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı "Daewoo Centra" markalı avtomobilə yol verməyib.
Bu zaman sürücülər arasında mübahisə yaranıb. Nəticədə kütləvi dava yaranıb. Dava zamanı "Daewoo"-nun sürücüsü təxminən, 17 yaşlı Məmmədov Vəli Saleh oğlu və avtomobildə olan bir neçə nəfər bıçaqla T.Bayramova və "BMW-dəki sərnişinlərə xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı Nəsimi Rayon Polis İdarəsində araşdırılır.
845