Xətai rayonunda soyğunçuluqla məşğul olan şəxs saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Y. Səfərov küçəsində «Mercedes» markalı avtomobilin naməlum sürücüsü Bakı şəhər sakini Ənvər Cəfərovun 100 manat pulunu xırdalamaq adı ilə alaraq oradan uzaqlaşıb. Polis tərəfindən aparılan əməliyyat - axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən, 1984-cü il təvəllüdlü Rəşad Əmrahov tutulub.