Bakıda soyğunçuluq edən Siyəzən sakini saxlanıldı
20 iyun 2019 11:59 (UTC +04:00)

Bakıda soyğunçuluq edən Siyəzən sakini saxlanıldı

0
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əsgərov iyunun 15-də saat 23 radələrində evinə gələn naməlum şəxsin onun 600 manat pulunu və 5 ədəd qol saatını açıq talama yolu ilə apardığını bildirib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.
 
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Natiq Əzizov saxlanılıb, maddi sübutlar ondan götürülüb.
 
Faktla bağlı cinayət işi başlanıb.
 
Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 620

Oxşar yazılar